Azərbaycanlı hakim Rusiya millisinin oyununda

05.06.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Rusiya və Nigeriya milliləri arasında keçiriləcək yoxlama oyununa təyinat alıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının rəsmi saytı məlumat yayıb.

Ağayevə yan xətdə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını isə rusiyalı Yevgeni Kukulyak yerinə yetirəcək.

İyunun 6-da “Lujniki” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью