Azərbaycanlı hakim Rusiya millisinin oyununu idarə edəcək

12.11.2025

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya ilə Peru milliləri arasında keçiriləcək yoldaşlıq görüşünü Azərbaycandan olan hakimlər briqadası idarə edəcək.

QOL.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Sankt-Peterburqda keçiriləcək oyunun baş hakimi Kamal Umudlu olacaq.

Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını yerli Yan Bobrovski yerinə yetirəcək.

Qeyd edək ki, Rusiya – Peru matçı bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью