Azərbaycanlı hakim üçün bu il İLK TƏYİNAT

05.01.2025

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanlı beynəlxalq voleybol hakimi Eldar Zülfüqarov bu il ilk təyinatını alıb.

Bakıvaxtı.az idman.biz-ə istinadla xəbər verir ki, o, qadın voleybolçular arasında Çempionlar Liqası qrup mərhələsinin son turu çərçivəsində Türkiyənin “Eczacıbaşı” ilə Fransanın “Levallua” klublarının görüşündə hakimlik edəcək.

Oyun yanvarın 22-də İstanbulda keçiriləcək. Qarşılaşmanın digər hakimi Tomislav Popoviç (Serbiya) olacaq.

Bu, Zülfüqarov üçün cari mövsümdə Çempionlar Liqasında üçüncü təyinatdır.

Qeyd edək ki, “Eczacıbaşı” pley-offa vəsiqəni təmin edib, “Levallua” isə qrupda sonuncudur.

 
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью