Azərbaycanlı hakimə UEFA dan növbəti təyinat

27.07.2026

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat

FİFA referisi Kamal Umudlu UEFA-dan növbəti təyinat alıb.

QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Dinamo Siti” (Albaniya) – “Aluminiy” (Sloveniya) qarşılaşmasının baş hakimi olacaq.

Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

İyulun 30-da Elbasan şəhərinin eyniadlı stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью