Azərbaycanlı hakimə UEFA dan növbəti təyinat

23.11.2026

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat

Azərbaycanlı FİFA referisi Kamal Umudlu UEFA-dan daha bir təyinat alıb.

QOL.az AFFA-ya istinadən xəbər verir ki, 0, UEFA Gənclər Liqasının Çempionlar yolunun üçüncü raundunda keçiriləcək “Dinamo” (Xorvatiya) – “Benfika” (Portuqaliya) oyununu idarə edəcək.

Kamal Umudluya Namiq Hüseynov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə xorvatiyalı Filip Draqaşeviç yerinə yetirəcək.

Noyabrın 25-də Xorvatiyanın Zapreşiç şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью