Azərbaycanlı hakimə UEFA dan təyinat “Roma” “Real” matçını idarə edəcək

13.10.2026

Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanlı FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasında növbəti təyinatını alıb.

Apasport.az xəbər verir ki, o, liqa mərhələsində keçiriləcək “Roma” (İtaliya) – “Real” (İspaniya) qarşılaşmasının baş hakimi olacaq.

Umudluya həmyerliləri Namiq Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə italiyalı Davide Di Marko yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma oktyabrın 14-də Romadakı “Stadio Tre Fontane” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Dambrauskas: “Özümüzü sübut etmək şansımız var” Rəhman Daşdəmirov: “Xalqımızı sevindirməyə çalışacağıq” “Qarabağ”da ayrılıq - RƏSMİ match.affa.az platformasının təqdimatı keçirilib "Kəpəz" 300-cü qələbəsini qazanıb
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью