Azərbaycanlı hakimə UEFAdan növbəti təyinat

26.11.2024

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

FİFA referisi Elçin Məsiyev UEFA-dan növbəti təyinat alıb.

QOL.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının Liqa mərhələsinin 4-cü turunda keçiriləcək “Serkle Brügge” (Belçika) – “Harts” (Şotlandiya) oyununun baş hakimi olacaq. Məsiyevə yan xətdə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.

Noyabrın 28-də Brügge şəhərində yerləşən “Jan Breydel” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью