Azərbaycanlı hakimə UEFAdan növbəti təyinat

15.11.2024

Icma.az bildirir, Qol.az portalına istinadən.

FİFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.

QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, UEFA Millətlər Liqasının C Liqasının 3-cü qrupu çərçivəsində keçiriləcək 6-cı turun Lüksemburq – Şimali İrlandiya oyununun baş hakimi olacaq.

Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Matçın VAR hakimləri İngiltərədən Peter Bankes və Andrew Madley olacaq.

Noyabrın 18-də Lüksemburq şəhər stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью