Azərbaycanlı hakimin səhvini VAR düzəltdi Yeni Sabah | Icma.az
Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Çempionlar Liqasında daha bir oyunu idarə edib.
Yenisabah.az xəbər verir ki, o, Liqa mərhələsinin 4-cü turunda “Bolonya” (İtaliya) – “Monako” (Fransa) oyununun baş hakimi olub.
Ağayev matçın 19-cu dəqiqəsində "Monako"nun qayda pozuntusundan sonra vurduğu qolu qeydə alıb.
Ancaq epizoda təkrar baxıldıqdan sonra VAR qolu ləğv edib. Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər.
Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirib. Matçın VAR hakimləri Almaniyadan Paskal Müller və Kristian Dingert olub.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu