Azərbaycanlı hakimlər AÇ yə təyinat aldı

30.06.2026

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Azərbaycanın basketbol hakimləri gənclər arasında keçiriləcək Avropa çempionatlarına təyinat alıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.

Hakimlər Ruslan Xalıqov, Urfan Bayramlı, Toğrul Həsənov və hakim-komissar Asif Bağışov qitə birinciliklərində iş başında olacaqlar.

R.Xalıqov U-18, U.Bayramlı U-20, T.Həsənov U-20, A.Bağışov isə U-16 Avropa çempionatının B divizionunun qarşılaşmalarını idarə edəcək.

Xatırladaq ki, Avropa birincilikləri iyul və avqustda gerçəkləşəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью