Azərbaycanlı hakimlər avrokubok oyununa təyinat alıblar

25.11.2024

Icma.az, Report.az saytına istinadən bildirir.

Beynəlxalq dərəcəli azərbaycanlı həndbol hakimləri Ernest və Emil Ağakişi qardaşları yeni təyinat alıblar.

"Report" xəbər verir ki, təcrübəli referilər kişi həndbolçuların EHF Avropa kubokunun üçüncü mərhələsinin “Vardar” (Şimali Makedoniya) - “Melzungen”( Almaniya) matçında ədaləti təmsil edəcəklər.

Qeyd edək ki, görüş noyabrın 26-da Şimali Makedoniyanın Skopye şəhərindəki "Yane Sandanski" arenasında keçiriləcək.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью