Azərbaycanlı hakimlər Avropa Kubokunda

25.11.2024

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın beynəlxalq dərəcəli həndbol hakimləri Ernest və Emil Ağakişi qardaşları yeni təyinat alıblar. Sport24.az xəbər verir ki, onlar kişi həndbolçuların EHF Avropa Kubokunun üçüncü mərhələsində ədaləti qoruyacaqlar.

Təmsilçilərimiz "Vardar" (Şimali Makedoniya) - "Melzungen" (Almaniya) matçının hakimi olacaqlar.

Qeyd edək ki, sabah Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək oyun saat 23:45-də start götürəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью