Azərbaycanlı hakimlər FIBA nın beynəlxalq inkişaf proqramında iştirak etdilər

15.04.2025

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanlı referiler Avstriyanın paytaxtı Vyanada FIBA tərəfindən təşkil olunan "Potensial Milli Hakimlər" inkişaf proqramına qatılıblar.

Redaktor.az xəbər verir ki, Azərbaycan Basketbol Liqasının (ABL) oyunlarına təyinat alan Salman Əliyev və Fəxrəddin Mahmudov tədbirdə iştirak edənlər arasındadır.

Gənc hakimlər inkişaf proqramı çərçivəsində bir neçə beynəlxalq oyunlarda idarəçilik ediblər.

Qeyd edək ki, aprelin 19-dək davam edəcək inkişaf proqramının keçirilməsində əsas məqsəd, potensiallı hakimlərin beynəlxalq səviyyədə təcrübə qazanması və onların gələcəkdə FIBA-nın bayrağı altında təşkil olunacaq turnirlərdə hakimlik etmələridir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью