Azərbaycanlı hakimlər Türkiyədə ilk oyunlarına çıxdılar

08.01.2025

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanlı futbol hakimləri Türkiyənin Antalya şəhərində yoxlama oyunu idarə ediblər.

Fanat.Az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Rumıniyanın “Universitatea Cluj” və Cənubi Koreyanın “Gangwon” klubları arasında təşkil olunan matçın baş hakimi Əli Əliyev olub.

Ona yan xətt hakimləri Asiman Əzizli və Sevda Nuriyeva köməklik ediblər. Qarşılaşma “Universitatea Cluj”un 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, azərbaycanlı hakimlərin Antalyadakı təlim-məşq toplanışı yanvarın 12-ə kimi davam edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью