Azərbaycanlı həkim dünya ölkələrinin invaziv ağrı mütəxəssislərindən imtahan götürdü FOTOL…
Medicina saytından verilən məlumata görə, Icma.az xəbər verir.
16-19 oktyabrda İstanbulda Dünya Ağrı İnstitutunun invaziv ağrı müalicəsi ilə bağlı VIII Beynəlxalq konfrans keçirilib.
Tədbirdə ölkəmizi tanınmış həkimi, alqoloq Zülfüqar Yusifov təmsil edib.
Konqres dünyada ağrı təbabəti, alqologiya üzrə son elmi bilik və təcrübələrin paylaşılması, innovativ müalicə metodlarının təqdimatı və təcrübə mübadiləsi üçün əvəzsiz bazadır.Zülfüqar Yusifov həmçinin ağrı mütəxəssisləri üçün ildə bir dəfə keçirilən vorkşoplarda sertifikasiya imtahanı götürən (examiner) şəxs kimi iştirak edib.
Belə tədbirlərdə mütəmadi iştirak edən, Bakı Ağrı Klinikasının rəhbəri Zülfüqar Yusifov Medicina.az-a bildirib ki, bu imtahanlardan keçən mütəxəssislərə FİPP və CİPS beynəlxalq səviyyəli sertifikatlar verilir:“İmtahanlar hər il müxtəlif ölkələrdə keçirilir: Amerikada, Avropada, bu dəfə Türkiyədə.
Mən konqresdə iştirak etməkdən əlavə, bu imtahanlarda imtahan götürən şəxs kimi iştirak etdim və əsasən CİPS üzrə imtahan götürdüm.
Bu imtahanlar meyitlər üzərində aparılır. Burada həm nəzəri suallara cavab verilir, 2-ci mərhələdə xəstənin müayinəsi, diaqnostikası aparılı
İmtahanın ən vacib hissəsi kadavr - meyit üzərində çalışmadır. Burada USM altında invaziv prosedurların düzgün, dəqiq aparılması vacibdir.
Tam oxu
Xəbəri oxu