Azərbaycanlı həkim EURETINA 2026 da ölkəmizi təmsil edib

09.10.2026

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Batıgöz Klinikasının baş həkimi, vitreoretinal cərrah Dr. Madina Farziyeva EURETINA 2026 beynəlxalq konqresində dəvətli spiker və müəllim heyətinin üzvü (Faculty & Invited Speaker) kimi iştirak edib.

Gununsesi.info  xəbər verir ki, retina xəstəlikləri və vitreoretinal cərrahiyyə sahəsində dünyanın aparıcı peşəkar birliklərindən biri olan EURETINA-nın təşkil etdiyi konqresdə Dr. Farziyeva Azərbaycanı təmsil edən yeganə dəvətli spiker olub.

Onun beynəlxalq tədbirdə iştirakı Azərbaycan oftalmologiyasının beynəlxalq elmi platformalarda təmsil olunması baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirilir.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью