Azərbaycanlı həkim FIVBnin Tibb Komissiyasına üzv seçilib İdman və Biz

25.11.2024

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Voleybol Federasiyasının (AVF) həkimi Vüsalə Kazımova Beynəlxalq Voleybol Federasiyasının (FIVB) Tibb Komissiyasına üzv seçilib.

İdman.biz xəbər verir ki, bu, FIVB-nin İdarə Heyətinin ilk iclasında rəsmiləşib.

Toplantıda FIVB komissiyalarının 2024-2028-ci illər üzrə tərkibi müəyyənləşib.

Qeyd edək ki, Kazımova, həmçinin Avropa Voleybol Konfederasiyasının da Tibb Komissiyasının üzvüdür.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью