Azərbaycanlı həmkarım məni Azərbaycana dəvət edib Simonyan

02.06.2026

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Dəvət olunarsa və fürsət olarsa, Azərbaycana səfər edəcəyəm və bütün qonşu ölkələrin nümayəndələrini Ermənistana dəvət edəcəyəm".

"Unikal" xəbər verir ki, bunu seçkiqabağı debatlarda Vətəndaş Müqaviləsi Partiyasından parlamentə namizəd və Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirib.

"Bir sirri aça bilərəm: bu yaxınlarda Azərbaycanda forum keçirildi və azərbaycanlı həmkarım məni ziyarətə dəvət etdi. Amma təəssüf ki, seçki kampaniyası səbəbindən forumda iştirakdan imtina etdim", - deyə Simonyan qeyd edib.



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью