Azərbaycanlı hərbçinin məhkəməsi Zəngəzurda keçiriləcək

16.11.2026

Icma.az bildirir, Azpost portalına istinadən.

Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin işi ittiham aktı ilə birlikdə məhkəməyə göndərilib.

Bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verib.

İşə Sünik (Zəngəzur) vilayətinin məhkəməsində baxılacaq.

Xatırladaq ki, 2026-cı il oktyabrın 1-də Azərbaycan vətəndaşı, hərbçi Nəsimi Musayevin Sünik (Zəngəzur) vilayətinin Sisian icmasının Şəki yaşayış məntəqəsində 6-cı küçədə yerləşən 20 nömrəli evə qanunsuz daxil olduğu bildirilir. O, aşkar edildikdən sonra odlu silahdan atəş açıb.

Atəş nəticəsində 1987-ci il təvəllüdlü Ani Avetisyan yaralandığı iddia olunur.

Bundan sonra hərbçi hadisə yerindən uzaqlaşıb. Görülən tədbirlər nəticəsində Musayevin yeri müəyyən edilərək o saxlanılıb.

Şəki yaşayış məntəqəsində baş verən hadisə ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin beş maddəsi üzrə cinayət işi başlanıb. Musayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.

AzPost.az

Post navigation

Previous: Trampın seçki koalisiyasında parçalanma – Respublikaçılar ondan uzaqlaşır

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью