Azərbaycanlı Həsən Türkiyə kubokunda meydana çıxdı

06.02.2025

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanlı futbolçular Renat Dadaşov və Həsən Nəzərlinin çıxış etdiyi "Ankaragücü" növbətini oyununu keçirib.

QOL.az xəbər verir ki, Ankara təmsilçisi Türkiyə kubokunun qrup mərhələsinin 2-ci turunda "Rizespor"un qonağı olub.

Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1. Renat əsas heyətdən uzaqlaşdırıldığı üçün bu oyunda iştirak etməyib, 17 yaşlı yarımmüdafiəçi Həsən Nəzərli isə 46-cı meydana çıxıb. 

Qeyd edək ki,"Ankaragücü" 2 xalla qrupda 5-ci pillədə qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью