Azərbaycanlı idmançı 4 illik diskvalifikasiya olunub

27.03.2026

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

Azərbaycan güləşçisi Sabir Cəfərov 4 illik diskvalifikasiya olunub.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) qərar qəbul edib.

Bildirilib ki, idmançı iki maddəyə əsasən cəza ilə üzləşib.

Onun nümunəsində qadağan edilmiş maddə, onun metabolitləri və ya markerlərinin mövcudluğu aşkarlanıb. Həmçinin idmançı tərəfindən qadağan edilmiş maddə, qadağan edilmiş üsuldan istifadə və ya istifadə cəhdi olub.

Qeyd edək ki, 2025-ci il sentyabrın 1-dən başlayan sanksiya 2029-cu il avqustun 31-də başa çatacaq.

Millimiz Avropa çempionatını 3 medalla başa vurub Azərbaycan çempionatında 7 çəkidə qaliblər müəyyənləşib Azərbaycan çempionatında son 7 çəkidə finalçılar müəyyənləşib Güləşçimiz Avropa çempionatının finalında Günay Qurbanova yenidən Avropa çempionu oldu
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью