Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanlı idmançı Vadim Əkbərov Rumıniyada keçirilən qol güləşi üzrə Avropa çempionatının qalibi olub.
Apasport.az xəbər verir ki, yarış 11-15 iyun tarixlərində Rumıniyanın Kodlea şəhərində təşkil edilib.
Çempionatda Avropanın müxtəlif ölkələrindən yüzlərlə idmançı mübarizə aparıb.
Yarış juniorlar, böyüklər, veteranlar və para-idmançılar arasında müxtəlif çəki dərəcələrində keçirilib.
Azərbaycan təmsilçisi Vadim Əkbərov rəqiblərini məğlub edərək Avropa çempionu adına layiq görülüb.
Mükafatlandırma mərasimində idmançımıza qızıl medal təqdim olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Azərbaycan kamandan oxatma tarixində ilk: Fərid Xəlilov WAE komitəsinə seçildi Bakıda inklüziv antidopinq yanaşmalarına həsr olunan beynəlxalq konfrans keçirilib Millimiz Avropa çempionatında çıxış edəcək Təmsilçilərimizdən Avropa çempionatında gümüş medal Aleksandr Vinokurov: “Hər şey əladır”