Azərbaycanlı idmançı bürünc medal qazandı

17.06.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Stolüstü tennisçi Onur Quluzadə Türkiyədə təşkil olunan “WTT Youth Contender” turnirində bürünc mükafat qazanıb.

Futbolpress.az xəbər verir ki, U17 kateqoriyasında yarışan Onur inamlı oyun sayəsində yarımfinala yüksəlsə də bu mərhələdə dünya birinciliyinin mükafatçısı Benyamin Faraciyə (İran) 2:3 hesabı ilə uduzaraq üçüncü yerlə kifayətlənib.

Qeyd edək ki, Onur Quluzadə ilə Yağmur Məmmədli sabah U15 kateqoriyasının qarışıq-qoşa mübarizəsində final görüşunə çıxacaq.

Nevşehirdə keçirilən yarışa fevralın 15-də yekun vurulacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью