Azərbaycanlı idmançı Kambocada dünya çempionu oldu VİDEO

24.01.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Azərbaycanlı idmançı dünya arenasında böyük nailiyyətə imza atıb.
İdman.Biz sumqayit24.az-a istinadən xəbər verir ki, 26 yaşlı kikboksçu, muay-tay döyüşçüsü Ruslan Nağıyev Kambocaya yollanıb.

O, burada yerli çempion, kxmer boksu üzrə superulduzu ilk raundda nokauta salaraq Dünya birinciliyinin kəmərini əldə edib.
Qeyd edək ki, kxmer boksu (Kun Khmer) Kambocanın minilliklərə söykənən ənənəvi döyüş sənətidir. Bu idman növü Cənub-Şərqi Asiyada formalaşmış ən qədim döyüş stillərindən biri hesab olunur və əsasən yumruq, dirsək, diz və ayaq zərbələrinə əsaslanır. Kun Khmer Kambocada milli irs sayılır və burada keçirilən turnirlər yüksək prestijə malikdir, yerli çempionlar isə dünya səviyyəsində ciddi rəqib kimi tanınırlar.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью