Azərbaycanlı idmançı qızıl medal qazanıb FOTOLAR

30.11.2024

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

25-30 noyabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən “Bosphorus Cup” adlı yarışda Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə üzrə təmsil edən idmançımız Vladimir Litvintsev iştirak edib.

Qış İdman Növləri Federasiyasından Gununsesi.info – ya verilən məlumata əsasən, V.Litvintsev qısa və sərbəst proqram üzrə çıxışına görə 12 idmançı arasında 225.41 xal taplayaraq yekun nəticədə 1-ci yeri tutub və qızıl medala layiq görülüb.

Bununla yanaşı, yarışda Azərbaycanı yeniyetmə idmançılar Səbinə Əliyeva və Leyli Axundova təmsil edib.

Nəticədə 52 idmançı arasında Leyli Axundova 106.24 xalla 26-cı, Səbinə Əliyeva isə 106.12 xalla 27-ci yerdə qərarlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью