Azərbaycanlı idmançı Rusiya vətəndaşlığından çıxarılıb VİDEO

16.07.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Azərbaycanlı idmançı Cavid Rzayev Rusiya vətəndaşlığından çıxarılıb.

İdman.biz xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin regional idarəsi məlumat yayıb.

2024-cü ilin yayında Moskvada Hardcore FC promoşnunun pop-MMA turnirində Cavid rusiyalı Sergey Prixodkonu məğlub edib. O, döyüşdən sonra digər idmançı Artur Kulinski ilə mübahisə edərək onu “rus donuzu” adlandırıb. Daha sonra idmançı üzr istəyərək, sözlərini əsəbi olması ilə izah edib. Rzayev fikirlərinin milliyyətə qarşı yox, konkret şəxsə aid olduğunu vurğulayıb.

1993-cü il təvəllüdlü Cavidin 2020-ci ildə Rusiya vətəndaşlığını aldığı bildirilib.

Qalmaqal nəticəsində Rusiya Boks Federasiyası Rzayevi bütün yarışlardan ömürlük kənarlaşdırıb, Hardcore FC promoşunu isə onun qonşu ölkədə döyüş keçirmək lisenziyasından müvəqqəti məhrum edib.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью