Azərbaycanlı idmançı Tailandda muaytay turnirinin qalibi olub

03.07.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 3 iyul, AZƏRTAC

Azərbaycanlı döyüşçü Mirmehdi Miriyev Tailandın Puket adasında keçirilən muaytay üzrə "Patong Fight Night 2" turnirinin qalibi olub.

Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 70 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı final döyüşündə Avstraliya təmsilçisi Ceyms Veqarla üz-üzə gəlib.

Mirmehdi Miriyev rəqibini dördüncü raundda nokautla məğlub edərək turnirin çempionu adına yiyələnib. O, bu qələbə sayəsində çempionluq kəmərini də qazanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью