Azərbaycanlı ilə koreyalının məhəbbəti VİDEO

27.01.2025

Icma.az, Yenicag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanlı Ələddin Mehralızadə Koreyadan olan Minci Kim adlı xanımla ailə həyatı qurub.

Yenicag.az xəbər verir ki, əslən Kəlbəcərdən olan Ələddin xanımı ilə 2019-cu ildə tanış olub.

İki il öncə müxtəlif mədəniyyətlərin və irqlərin nümayəndəsi olan bu iki gənc Azərbaycansayağı toy da edib.

Koreyalı gəlin deyir ki, ölkəmizin toy adətləri və milli yeməklərinə xüsusi heyranlığı var. Bununla yanaşı cütlük bir-birinə ana dillərini də öyrədir.

Ələddinlə Mincinin maraqlı hekayəsi barədə daha ətraflı “İctimai Televiziya”nın reportajında:

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью