Azərbaycanlı iş adamı Barsa nın qələbəsini Travis Skottla qeyd edib VİDEO

12.05.2025

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Məşhur azərbaycanlı iş adamı Adnan Əhmədzadə "Barselona"nın "El Klasiko"dakı qələbəsini dünya şöhrətli reper Trevis Skottla birlikdə qeyd edib.

İdman.biz xəbər verir ki, Əhmədzadə İspaniya La Liqasının 36-cı turu çərçivəsində "Real"la keçirilən oyunu canlı izləyib.

7 qolun vurulduğu qarşılaşma "Barsa"nın 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Əhmədzadə ötən il Lionel Messi və onun “İnter Mayami”dən olan komanda yoldaşlarının Bakıya səfəri və azərbaycanlı azarkeşlərlə görüşünün təşəbbüskarı olub.

Qeyd edək ki, bu matçda "Barselona"lı futbolçularının formasının ön hissəsində Travis Skottun loqosu yerləşdirilib.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью