Azərbaycanlı iş adamının 8 milyonluq əmlakı müsadirə olundu İçində məşhur hotel də var

20.12.2025

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

İş adamı Məzahir Hüseynova məxsus milyonluq mülklər müsadirə olunub.

Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət İsmayıllı rayonu Ticran kəndində yerləşən 5 müxtəlif ictimai-iaşə obyektindən gedir.

Bunların sırasına “Zəngəzur Harmony” hoteli də daxildir. Üçmərtəbəli sözügedən hotelin satış qiyməti 2 milyon 380 min manat dəyərləndirilib.

İş adamının istirahət kompleksinin daxilində yerləşən və müsadirə olunan əmlaklarından digərlərinin qiyməti isə 2.8 milyon və 1 milyon 220 min manatdır. Dövlət hərracında satılacaq digər iki obyektin qiyməti isə 800 min manat civarındadır.

Hərrac gələn ilin yanvarın 8-də keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью