Azərbaycanlı jurnalistlər Bişkekə getdilər

31.08.2026

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanlı jurnalistlər Prezident İlham Əliyevin Qırğızıstana işgüzar səfəri çərçivəsində Bişkekə gediblər.

Redaktor.az xəbər verir ki, avqustun 31-də Qırğızıstanın paytaxtında VI Ümumdünya Köçəri Oyunlarının açılış mərasimi keçiriləcək.

Azərbaycan Oyunlarda idman, mədəni və elmi proqramlarda təmsil olunacaq.

Bundan başqa, sentyabrın 1-də Bişkekdə Qırğızıstan Prezidenti Sadır Japarovun sədrliyi ilə Şanxay Əməkdaşıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Dövlət Başçıları Şurasının növbəti iclası və "ŞƏT plyus" formatında yüksək səviyyəli görüş keçiriləcək.

Dövlət başçıları beynəlxalq və regional gündəliyin aktual məsələlərini, ŞƏT-in gələcək inkişafının prioritet istiqamətlərini, həmçinin siyasi, ticari-iqtisadi, nəqliyyat-logistika, rəqəmsal, ekoloji və mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə edəcəklər.

İclasın yekunu üzrə ŞƏT-in 25 illiyi ilə bağlı Bişkek Bəyannaməsi, çoxşaxəli əməkdaşlığın daha da möhkəmləndirilməsinə və təşkilatın fəaliyyətinin təkmilləşdirilməsinə yönəlmiş sənədlər və qərarlar imzalanacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью