Azərbaycanlı kassir 11 milyon dollarla yoxa çıxdı, müdiri saxlanıldı

29.11.2026

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Moskva-Siti”də yerləşən iri “Moscaex” kriptovalyuta birjasının sahibi Səid Surxayev Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları tərəfindən saxlanılıb. O, adam oğurluğunda ittiham olunur.

Modern.az yerli mediaya istinadla bildirir ki, ötən yay “Moscaex”in kassiri, azərbaycanlı olduğu deyilən Murad Əzizov müştərilərə məxsus 11 milyon dollarla yoxa çıxıb. Yaranmış maliyyə boşluğunu aradan qaldırmaq üçün Surxayev yeni müştərilərdən aldığı vəsaitlə köhnə müştərilərə olan borclarını ödəməyə başlayıb. Yeni müştərilərə isə pullarını qaytarmaq barədə davamlı vədlər verilib.

Səid Surxayev

İddia olunur ki, Surxayevin hazırkı borcu 15-20 milyon dollar arasındadır. Onun müştəriləri arasında Şimali Qafqazdan olan nüfuzlu şəxslərin də olduğu bildirilir.

Moskvada keçmiş xüsusi xidmət orqanlarının əməkdaşlarının müşayiəti ilə hərəkət edən Surxayev il ərzində Əzizovu tapmaq cəhdlərindən əl çəkməyib.

İddiaya görə, o, Əzizovun dostlarından birini tapıb. Həmin şəxs küçədə tutularaq şəhər kənarına aparılıb, işgəncəyə məruz qalıb və Əzizovun gizləndiyi yeri açıqlaması tələb edilib.

Nəticədə Səid Surxayev saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 126-cı (adam oğurluğu) maddəsi ilə cinayət işi başlayıb.

İlyas Turan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью