Azərbaycanlı kişi Rusiyada arvadını belə QƏTLƏ YETİRDİ VİDEO

13.11.2026

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyada azərbaycanlı kişi keçmiş arvadını öldürüb.
Avtosfer.az yerli mediaya istinadla bildirir ki, hadisə Sankt-Peterburq şəhərinin Vavilovlar küçəsində qeydə alınıb. 28 yaşlı Yaqub Vaqif oğlu Süleymanov keçmiş qeyri-rəsmi həyat yoldaşını qadınlara yardım mərkəzinin qarşısında bıçaqlayıb.
Ağır xəsarətlər alan 27 yaşlı qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Məlumata əsasən, qadın əvvəllər dəfələrlə polisə müraciət edərək həyat yoldaşının onu döydüyünü bildirib. Sentyabr ayında Yaqubdan qaçaraq sosial yardım mərkəzinə sığınıb. Lakin keçmiş həyat yoldaşı onun yerini müəyyənləşdirib.
Noyabrın 12-də qadını mərkəzin girişində yaxalayan Yaqub Süleymanov ona səkkiz bıçaq zərbəsi endirib və boğazını kəsib. Hadisədən sonra avtomobillə qaçan şübhəli yarım saat sonra polisə zəng edərək cinayətini etiraf edib. O, daha sonra saxlanılıb.
Məlumata görə, Yaqub Süleymanov Azərbaycanda anadan olub, Rusiya vətəndaşıdır və bir müddət Dağıstanda yaşayıb. Onun üç övladı var. Qətlə yetirilən qadının isə beş yaşlı oğlu qalıb./lent.az

bax.tvhttps://bax.tv/embed/228816.html

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью