Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
17-18 may tarixlərində 19-cu Asia Pasifik İnformatika Olimpiadası (APIO 2025) baş tutub.
Onlayn formatda təşkil olunan beynəlxalq yarışda Akademik Zərifə Əliyeva adına liseyin 11-ci sinif şagirdi Ayxan Dəmirli bürünc medal qazanıb.
Asia Pasifik İnformatika Olimpiadası (APIO) 2007-ci ildən etibarən Asiya və Sakit okean regionlarını əhatə edən nüfuzlu proqramlaşdırma müsabiqəsidir.
Builki yarışda 42 ölkədən 900-ə yaxın məktəbli iştirak edib.
Yarışçılar beş saat ərzində alqoritmik məsələ həll edərək proqramlaşdırma sahəsində öz bilik və bacarıqlarını nümayiş etdiriblər.
Qeyd edək ki, Azərbaycanda rəqəmsal savadlılığın artırılmasına və informatika sahəsində gənc istedadların inkişafına diqqət ayıran “Azercell Telekom” MMC çoxsaylı layihələr həyata keçirir.
Belə təşəbbüslərin arasında Azercell-in Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır.