Azərbaycanlı məşhur müğənninin oğlu LosAncelesdəki evini qoyub qaçmalı oldu

10.01.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Los-Ancelesdəki yanğın böyük oğlumun evinə yaxınlaşır. Həyəcandan yatmamışam".

Oxu.Az xəbər verir ki, bu barədə müğənni Nura Suri "Facebook" hesabında paylaşım edib.

Müğənni bildirib ki, oğlu təxliyə edilib.

Qeyd edək ki, müğənninin iki oğlu uzun müddətdir, Los-Ancelesdə yaşayır.

ABŞ-də meşə yanğınları yanvarın 7-də başlayıb. Los-Ancelesdə yüzminlərlə insan evini tərk etməli olub. Bir neçə ölkənin konsulluqları bağlanıb. Orada yaşayan bəzi azərbaycanlı ailələri Bakıya qayıtmağa məcbur olublar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью