Azərbaycanlı milyarder amerikalı ilə razılaşdı: 10 milyardlıq satış

26.11.2026

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Azərbaycanlı milyarder Vahid Ələkbərovun təsis etdiyi Rusiyanın “Lukoyl” şirkəti beynəlxalq aktivlərinin satışı ilə bağlı ABŞ milyarderi Todd Boelinin rəhbərlik etdiyi konsorsiumla razılaşma imzalayıb.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, konsorsiuma ABŞ Beynəlxalq İnkişafın Maliyyələşdirilməsi Korporasiyası (DFC) da daxildir.

Razılaşmaya əsasən, 10 milyard dollar dəyərində “Lukoyl” qiymətli kağızları şirkətin beynəlxalq aktivləri ilə dəyişdiriləcək. Sövdələşmə bir ildən artıq davam edən danışıqlardan sonra əldə olunub.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi 2025-ci ilin oktyabrında “Lukoyl”a qarşı sanksiyalar tətbiq edib. Buna görə də sövdələşmə ABŞ tərəfinin təsdiqindən asılıdır. Maliyyə Nazirliyi razılaşmanı milli təhlükəsizlik maraqları və sanksiya tələbləri baxımından nəzərdən keçirəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью