Icma.az, Idman.biz saytına istinadən bildirir.
Azərbaycan MMA döyüşçüsü Tural Rəhimov “ACA 209” turnirində qələbə qazanıb.
İdman.Biz xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Tacikistanın paytaxtı Düşənbədə keçirilən yarışda 66 kq çəki dərəcəsində çıxış edən idmançımız rusiyalı Naşxo Qalayevlə qarşılaşıb və rəqibini məğlub edib.