Azərbaycanlı MMA döyüşçüsü “Rizin” turnirinin qalibi oldu

10.09.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Azərbaycanlı MMA döyüşçüsü Vüqar Kərəmov Yaponiyanın nüfuzlu “Rizin” turnirində qalib olub.

İdman.Biz xəbər verir ki, 33 yaşlı idmançı 66 kq çəki dərəcəsində yaponiyalı Ryo Takagi ilə qarşılaşıb.

Döyüşçülər qarşılaşma öncəsi rəsmi çəki mərasimində iştirak ediblər. Kərəmov - Takagi döyüşü isə bu gün keçirilib.

Azərbaycan təmsilçisi rəqibi üzərində qələbə qazanaraq 66 kq çəki dərəcəsində “Rizin” turnirinin qalibi adını əldə edib.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью