Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.
18-ci “Mister International” beynəlxalq gözəllik yarışının yeni mövsümü başlayıb.
Axşam.az xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən olan iştirakçılar sentyabrın 15-dən 20-dək Taylandın Phuket şəhərində keçiriləcək “The Phuket Experience” proqramında bir araya gələcəklər. Yarış çərçivəsində iştirakçılar “Phuket Night Run Mini Marathon“, “Mister International 2026” çimərlik geyimi müsabiqəsi və “Andaman Gentleman Challenge” kimi müxtəlif mərhələlərdə iştirak edəcəklər. Proqramda həmçinin turizm, mədəniyyət və tanıtım tədbirləri təşkil olunacaq.
Yarışın final mərhələsi isə Banqkokda keçiriləcək.
Azərbaycanı 18-ci “Mister International” yarışında Ağayar Həsənov adlı gənc təmsil edir. Bununla bağlı yarışmanın rəsmi səhifəsində paylaşım edilib.