Azərbaycanlı müğənni əməliyyat olundu Çiynim 7 dəfə yerindən çıxıb

21.11.2025

Icma.az xəbər verir, Medicina saytına əsaslanaraq.


Müğənni Çingiz Mustafayev ortopedik travnmatoloji əməliyyat olunub.

"Medicina" xəbər verir ki, həm də illərdir gitara ifaçısı 15 ildə 7 dəfə çiyninin çıxdığını bildirib.

"Hər dəfə eyni ağrı, qorxu, narahatlıq… İdman da, aktiv həyat da tam mümkün olmurdu.

Hər dəfə özümə deyirdim: hələ tezdir, bir az da gözləyim. 2 ay əvvəl sonuncu dəfə çiynim çıxanda anladım ki, artıq bu məsələni həll etməyin vaxtı gəlib. Dünən əməliyyat olundum. İndi uzun bir reabilitasiya dövrü başlayır".

Aygün Musayeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью