Azərbaycanlı müğənni özünə qəbir yeri aldı | Icma.az
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir. Müğənni Aynur Dadaşova özünə qəbir yeri alıb.
Milli.Az olay-a istinadən xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu "Bir gün" verilişində danışıb.
Proqramın çəkilişi zamanı böyük bacısı ilə birgə mərhum ailə üzvləri - atası İbrahim Dadaşov və kiçik bacısı Günel Dadaşovanın məzarını ziyarət edən Aynur vəsiyyətini açıqlayıb.
Dadaşova bildirib ki, bacısı Günelin yanında dəfn olunmasını istəyir: "Atam olmasaydı bəlkə də mən Aynur Dadaşova olmazdım.
Mən 10 yaşlarımda başlamışam ifaçılığa. Valideynlərimiz sayəsində tanınmış müğənni olmuşam. Bir bir ailədə beş nəfərik.
Beşimizində məzarı bir yerdə olacaq. Vəsiyyət eləmişəm ki, bacım Günelin yanında məni dəfn eləsinlər.
Bacım deyir ki, ola bilər ki mən birinci dünyamı dəyişərəm, məndə ona deyirəm ki, yox, birinci mən vəfat edərəm.
Allah heç kimə vaxtsız ölüm nəsib etməsin. Hər şeyin gecindən olsun. Amma insanıq da... Bilmirik sabah başımıza nə gələcək.
Tam oxu
Xəbəri oxu