Azərbaycanlı müğənni qarlı havada qəzaya düşdü

20.02.2025

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müğənni Elçin Cəfərov avtomobil qəzası keçirib.

Avtosfer.az xəbər verir ki, sənətçi "Xəzər axşamı" verilişinə gələrkən avtomobilinin qarlı havada sürüşdüyünü və digər maşınla toqquşduğunu bildirib:

"Qar yağdığı üçün maşın sürüşdü, digər maşınla toqquşdu. Yollar bir az sürüşkəndir. Mən hələ belə bir şey görməmişdim. Avtomobil sahibi ilə mehribancasına salamlaşdıq, ikimiz də heç nə lazım deyil dedik və sağollaşdıq. Bilmədim ki, məni tanıdı ya yox. Olur ki, gəlib maşınını vururlar, düşürsən nəsə deməyə, elə qışqırır ki, bağışla cavabını verirsən".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью