Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Müğənni Fuad Musayevin qızı Emiliyanın toy görüntülərini paylaşıb.
BAKU.WS xəbər verir ki, sənətçi övladının özəl və şad gününü sosial şəbəkə izləyiciləri ilə bölüşüb.
O videoya "Hər bir valideyinin ən böyük arzusu övladlarının xoşbəxt olmasıdır... Allah bütün subaylara qismət etsin!" sözlərini də əlavə edib.
İfaçının qızı Emiliyanın toyunda Əməkdar artistlər və Xalq artistləri də yer alıblar.
Məlumat üçün bildirək ki, Fuad Musayevin Emiliyadan başqa Ofeliya adlı qızı da var. Ofeliya isə ötən il evlənib.
Sənətçinin qızının toyundan görüntüləri təqdim edirik: