Azərbaycanlı müğənni tanınmaz halda: 28 kilo arıqladı (Video)

13.11.2026

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müğənni Aytac Vidadiqızının görünüşündəki dəyişiklik diqqətdən yayınmayıb.

Milli.Az xəbər verir ki, sənətçi qısa müddətdə 28 kiloqram çəki itirdiyini açıqlayıb.

O, "Sevilən səhər" verilişində qonaq olarkən artıq çəkidən necə xilas olduğunu danışıb. Müğənninin sözlərinə görə, bu proses hər hansı cərrahi müdaxilə olmadan, həkim nəzarəti altında həyata keçirilib.

Aytac Vidadiqızı arıqlamaq üçün xüsusi sistemdən və iynələrdən istifadə etdiyini bildirib. Hazırda çəkisinin 19 yaşındakı göstərici ilə eyni olduğunu deyən ifaçı əldə etdiyi nəticədən məmnunluğunu ifadə edib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью