Icma.az, Milli.az saytına istinadən bildirir.
Müğənni Niyam Salami fəaliyyətsiz qalan restoran biznesi ilə bağlı açıqlamalar verib.
Milli.Az-ın məlumatına görə, sənətçi "Qonaqcanlı" verilişində qonaq olarkən bu sahədə gözlədiyi qazancı əldə edə bilmədiyini etiraf edib. Onun sözlərinə görə, altı il restoran biznesi ilə məşğul olsa da, yalnız üç il ərzində gəlir əldə edə bilib.
Niyam Salami bildirib ki, qalan illərdə özü qazanc əldə etməsə də, onlarla insanın dolanışığına töhfə verib:
"40-50 ofisiant, aşpaz, müğənni orada işləyirdi. Mən onlar üçün bir vasitəçi oldum, maaşlarını verə bildim. Özüm ziyana düşdüm, amma heç olmasa əməkhaqlarını ödədim".
Müğənni əlavə edib ki, hazırda biznes fəaliyyətini dayandırıb və bütün diqqətini yenidən musiqi karyerasına yönəldib.
Hüseyn
Milli.Az