Azərbaycanlı mütəxəssisə mühüm təyinat

03.09.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa Voleybol Konfederasiyasının (CEV) Tibb Komissiyasının üzvü Vüsalə Kazımova U-20 Avropa çempionatında məsul vəzifə icra edir.

Futbolpress.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası rəsmi məlumat yayıb.

Sentyabrın 3-dən 6-dək İtaliyanın Battipalya şəhərində baş tutan turnirdə V. Kazımova CEV-in Tibb Nümayəndəsi qismində çıxış edir. Mütəxəssisimiz yarış çərçivəsində idmançıların və hakimlərin tibbi təhlükəsizliyinin təmin olunmasına, xidmətlərin təşkilinə, həmçinin müvafiq protokolların dəqiq icrasına bilavasitə nəzarət yetirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью