Azərbaycanlı mütəxəssislər Ermənistanda 2 ay tədqiqatlar aparıb İDDİA

12.08.2026

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Azərbaycanlı mütəxəssislər son iki ayda Qərbi Zəngəzurun Meğri rayonuna səfərlər edib.

Modern.az xəbər verir ki, “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyan bu barədə jurnalistlərə deyib. O son iki ay ərzində azərbaycanlı mütəxəssislərin Ermənistanın Meğri şəhərinin müxtəlif ərazilərinə səfər etdiyini iddia edib.

Karapetyanın sözlərinə görə, bu barədə məlumatı dövlət qurumlarından deyil, öz mənbələrindən əldə ediblər.

Erməni deputat həmin səfərləri Zəngəzur dəhlizi ilə bağlı mümkün layihələrlə əlaqələndirib. O, mütəxəssislərin xüsusilə Ermənistan ərazisindən keçəcək elektrik xəttinin çəkilməsi üçün tədqiqat apardığını ehtimal edib. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью