Azərbaycanlı nazir Aİ iclasına körpə oğlu ilə gəldi VİDEO

27.06.2026

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Valideynləri Güney Azərbaycanın Təbriz şəhərindən mühacirət etmiş İsveçin iqlim və ətraf mühit naziri Romina Purmuxtari Lüksemburqda keçirilən Avropa İttifaqının Nazirlər Şurasının iclasına üçaylıq oğlu Adam ilə birlikdə qatılıb.
Bizim.Media xəbər verir ki, Aİ Şurasının məlumatına görə, bu, Avropa İttifaqı ölkələrinin nazirlərinin rəsmi iclasında bir körpənin iştirak etdiyi ilk hadisədir.
Xanım Purmuxtari bildirib ki, o, qadınların karyera ilə analıq arasında seçim etmək məcburiyyətində qalmamalı olduğunu nümayiş etdirmək istəyib.
Nazir bu yaxınlarda analıq məzuniyyətindən qayıdıb, onun həyat yoldaşı isə hazırda özü belə məzuniyyətdədir və səfərdə onu müşayiət edib.
Qeyd edək ki, İsveç hər iki valideynin uşaq baxımında aktiv iştirakını nəzərdə tutan, ən yüksək səviyyədə inkişaf etmiş ödənişli valideyn məzuniyyəti sisteminə malik ölkələrdən biri sayılır.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью