Azərbaycanlı nazir Avropada yenidən vəzifəyə seçildi

29.11.2025

Icma.az, Yenisabah saytına istinadən bildirir.

Gənclər və idman naziri Fərid Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti seçilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb. 

Gənclər və idman naziri Çexiyada keçirilən Avropa Gimnastikasının Konqresində səs çoxluğu ilə yenidən həmin qurumun prezidenti seçilib.

Qeyd edək ki, Fərid Qayıbov ilk dəfə 2017-ci ildə sözügedən təşkilata prezident seçilib və 2018-ci ildə bu vəzifəni icra etməyə başlayıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью