Azərbaycanlı nobelçini səssizcə öldürürlər Klinton

04.11.2024

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Tehranın Evin həbsxanasında saxlanılan güney azərbaycanlı hüquq müdafiəçisi, Nobel Sülh mükafatı laureatı Nərgiz Məhəmmədinin həyatı təhlükədədir.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə vəkil Mustafa Nili özünün X hesabında məlumat yayıb.

Onun sözlərinə görə, bir neçə xəstəlikdən əziyyət çəkən Məhəmmədinin sağ ayağında aşkarlanan daxili zədənin sümük xərçəngi olma ehtimalı yüksəkdir:

“Bunun bədxassəli olub-olmadığını yoxlamaq və diaqnoz qoymaq üçün Nərgiz Məhəmmədi mümkün qədər tez xəstəxanaya köçürülməli, müayinə olunmalıdır”.

Bununla eyni vaxtda ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Nərgiz Məhəmmədi ilə bağlı paylaşım edib. O, hüquq müdafiəçisinin davamlı müalicə olunmaq üçün tibbi məzuniyyətə buraxılmasını istəyib:

“Həbsxana rəhbərliyi hüquq müdafiəçisi və Nobel Sülh mükafatı laureatınının müalicəsinə imkan verməməklə onu səssizcə öldürür”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью